AMERİKADA KURYOZ: 90 YAŞLI QADIN 71 İL SONRA MƏZUN OLDU – FOTOLAR

AMERİKADA KURYOZ: 90 YAŞLI QADIN 71 İL SONRA MƏZUN OLDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 90 yaşlı Coys DeFauw kollecə başladıqdan 71 il sonra məzun olub. Yaşlı qadın Şimali İllinoys Universitetində Ümumi Tədqiqatlar dərəcəsi alıb.
Tribuna.az dünya mediasına istinadən xəbər verir ki, DeFauw 1951-ci ildə kollecə başladığını və 3 il 6 ay “Ev İqtisadiyyatı” üzrə təhsil aldığını söyləyib. Ancaq Don Freeman Sr ilə tanış olan qadın məktəbi atıb evlənmək qərarına gəlib. Cütlük 1955-ci ildə evlənib və üç övladı var.
DeFauw daha sonra ikinci dəfə Roy DeFau adlı tanışı ilə ilə evlənib və bu nigahdan da 6 uşaq dünyaya gətirib. Və qısa zaman sonra ikinci həyat yoldaşı da dünyasını dəyişib.
Coyce DeFauw 2019-cu ildə kollecə qayıtmaq istədiyini bildirib. Məktəbi bitirə bilmədiyinə görə peşman olduğunu dilə gətirən yaşlı qadın, uşaqlarının təşviqi ilə Şimali İllinoys Universitetində yenidən qeydiyyatdan keçərək dərs almağa başlayıb.
Məlumatda o da qeyd olunur ki, DeFauw qocalar evində kompüterindən dərslərə qatılıb. Övladlarının köməyi ilə kompüteri öyrənən qadın 3 ildən sonra kepkasını və xalatını geyinərək ümumi təhsil fakültəsini bitirdiyini elan edib.

Tribuna.az