Azərbaycanlı tələbə Amerika məhkəməsinin internet səhifəsindəki boşluğu müəyyən edərək onlara bu barədə məlumat verib.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil ekspert Ramin Nurəliyev məlumat paylaşıb. O bildirib ki, saytdakı boşluğu tapan tələbəyə Amerika məhkəməsindən təşəkkür məktubu göndərilib:
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Rahim Nurəliyev Amerika məhkəməsinin rəsmi internet səhifəsində təhlükəsizlik boşluğunu müəyyən edərək müvafiq quruma bildirib. Bu boşluğu müəyyən etdiyi üçün qurumdan tələbəyə təşəkkür məktubu göndərilib”.
Nigar İxtiyarqızı










