Almaniya hökuməti əcnəbi işçilərin işə götürülməsi üçün yeni şərtlər qoyub.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, minlərlə insan Almaniyaya asan viza və iş icazəsi ilə gələ biləcək. Dil bilənlərə, gənclərə və diplomlulara üstünlük veriləcək.
Almaniya 2030-cu ilə qədər artacaq işçi çatışmazlığını aradan qaldırmaq üçün xarici işçilərə qapıların açılması qərarını qüvvəyə mindirir.
Hökumət fəhlələrin işə qəbulu haqqında qanun layihəsini hazırlayıb parlamentə təqdim edib.
Nazirlər Kabinetinin təsdiq etdiyi qanun layihəsinə görə, “ixtisaslı işçi qüvvəsinə” viza və işləmək hüququ veriləcək.
Nazirlər Şurasının 29 mart 2023-cü il tarixli “Bacarıqlı işçilərin işə qəbulu haqqında qanun” adlı qanun layihəsi ilk növbədə 2022-ci ildə təxminən 2 milyon “ixtisaslı və ya ixtisassız kadr” çatışmazlığını aradan qaldırmağı hədəfləyir.









