ALMAN KANSLER XANKƏNDİDƏ YOLUNU AZMIŞLARI NİYƏ DƏSTƏKLƏDİ ? – ANALİTİKDƏN ÇAĞIRIŞ

ALMAN KANSLER XANKƏNDİDƏ YOLUNU AZMIŞLARI NİYƏ DƏSTƏKLƏDİ ? – ANALİTİKDƏN ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidəki separatçılar yenə çaşdılar. Alman kansleri Olaf Şoltsun Qarabağın müstəqilliyi ilə bağlı bəyanatını separatçı xarici işlər başçısı dəstəkləyib. Tribuna.az xəbər verir ki, politoloq Zaur Məmmədovun fikrincə, Almaniya səfiri ilə konsultasiya aparmaq lazımdır. Ekspert deyir ki ümumiyyətlə, Fransanın yanında yer almaması üçün Berlinlə təmaslar vacibdir.
“Bu arada, qondarma qurumun üzvləri Azərbaycan tərəfi ilə görüşlərində siyasi məsələlərin yalnız beynəlxalq aktorların iştirakı ilə iki bərabər tərəf kimi aparılacağı təqdirdə mümkün olacağını qeyd edirlər.
Bu zavallılar erməni xəstəliyindən əziyyət çəkirlər. Yenə də biriləri onları arxayın salıb. Elə bilirlər, Rusiya, Fransa, Almaniya, ABŞ, İran bunlara görə Azərbaycan ordusunun qarşısına çıxacaq. Bakıda Qərbi Azərbaycanla bağlı hərtərəfli, sistemli işlərə start verilib. Ermənilər Üçkilsə ətrafına qayıtmalıdırlar. Şuşa Qarabağın gözüdürsə, Göyçə də Qərbi Azərbaycanın gözüdür. Separatçılar da, İrəvandakı siyasətbazlar da vaxtı gələndə gözlərini açanda ətraflarında azərbaycanlıları görəcəklər”.

Tribuna.az