AKSİYANIN TƏLƏBLƏRİ ARTIRILMALIDIR…

AKSİYANIN TƏLƏBLƏRİ ARTIRILMALIDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizindəki hadisələrlə bağlı bəzi məqamlara diqqət yetirmək lazımdır. Mədəni və tarixi irsin qorunması sahəsində işləyən QHT-lər də bu aksiyaya qoşulmalı, gedib Qarabağdakı həmin abidələri yoxlamağa imkan yaratmağı sülhməramlılardan tələb etməlidir.

Tribuna.az xəbər verir ki, bu barədə beynəlxalq hüquqşünas Fərhad Mehdiyev fikir bildirib. O qeyd edib ki, Qarabağa doğru humanitar yüklər daşınmağa davam etməlidir:

“Korridorun tam bağlanması doğru olmazdı. Qarabağda yaşayan ermənilərin biz tərəfə hər hansı məqsəd üçün (ərzaq almaq, müalicə olmaq, ziyarət kimi) keçmələrinin proseduru gecikdirilmədən hazırlanıb elan edilməlidir.
Döyüşmənin öz yeri və zamanı var, hal-hazırda isə Qarabağdakı erməniləri özümüzlə qaynaşmağa təşvik edəcək addımlar atılmalıdır. Etnik kin və nifrətdən uzaq durmaq lazımdır”.