AKSİYALAR ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINA QƏDƏR DAVAM ETMƏLİDİR

AKSİYALAR ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINA QƏDƏR DAVAM ETMƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın yolunda dinc etiraz aksiyalarının davam etməsinə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri geri addım atmır. Xüsusilə Rusiya Azərbaycanı Xankəndinə buraxmamaqda qərarlı görünür. Bizdə öz etirazlarımızın davam etməsində qərarlı olmalıyıq.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Rusiya sülhməramlıları etiraz aksiyasının dağıdılması üçün xəbərdarlıq edə bilər:

“Moskva proseslərdən narahatdır. Atacağı addımlar, xüsusilə etirazlara müdaxilə Kremlin əleyhinə işləyəcək. Azərbaycan prosesi Zəngəzur dəhlizinin açılmasına kimi davam etdirməlidir. Azərbaycan hakimiyyətinin qarşısında bundan sonra Qarabağda ermənilərin reinteqrasiyası prosesi başlamalıdır. Vaxt keçdikcə, Moskva Qarabağda separtizmini körükləyir”.

Nigar