AKŞENER VƏ KILIÇDAROĞLU ARASINDA QARŞIDURMA… SEÇKİNİN QALİBİ ƏRDOĞANDIR…

AKŞENER VƏ KILIÇDAROĞLU ARASINDA QARŞIDURMA… SEÇKİNİN QALİBİ ƏRDOĞANDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meral Akşenerlə CHP başqanı Kamal Kılıçdaroğlu arasında çox ciddi qarşıdurma var. Meral Akşenerin Türkiyə siyasətinə necə düşdüyü məlumdur, indi xalqı ətrafına toplamaqla özünü quruya çıxarmaq istəyir. Kamal Kılıçdaroğlunun isə özünə götürdüyü soyad saxtadır. Bu adamın əsl soyadı Karabulutdu, anası erməni, atası kürddür. Heyf Atatürkdən ki, onun partiyasına indi belə bir soykökü qarışıq olan, türkə nifrət edən adam rəhbərlik edir.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə politoloq cümşüd Nuriyev çıxış edib. O bildirib ki, burada söhbət millətdən yox, Kamal Kılıçdaroğlunun tutduğu mövqedən gedir:

“O, daha çox erməni mövqeyindən çıxış edir. Qısa demək olar ki, Türkiyədə bu “6-lıq”ın heç bir rolu yoxdur. Bilirsiniz ki, numerologiyaya görə “6” həm də şeytan rəqəmidir. Bu “6-lıq”dan çıxsa-çıxsa bir şeytanın namizədi çıxa bilər.
Ərdoğan isə heç də zəif deyil. Hazırda o, ilk “10-luq”da oturan, dünyanın siyasi arxitekturasını formalaşdıran bir siyasətçidir. Ona görə də, Ərdoğanla istər debatlarda olsun, istərsə də seçkidə, kiminsə üz-üzə gəlmək ehtimalı yoxdur. İndidən demək olar ki, Ərdoğan bu seçkilərdə 65-75% səs yığacaq. Hələ təbliğat başlamamış bunu proqnozlaşdırıram. Amma səs sayı çox da ola bilər”.

Tribuna.az