Kahramanmaraşda baş verən 7,7 və 7,4 bal gücündə zəlzələlərdən sonra Akkuyu Nüvə A.Ş.-dən təhlükəsizlik açıqlaması edilib. Prof.dr. Erdik “Akkuyu” AES-in zəlzələ təhlükəsi varmı, yoxsa yox” sualını cavablandırıb.
Tribuna.az SonDakika xəbər agentliyinə istinadən bildirir ki, AFAD-ın açıqlamasına əsasən, Türkiyənin ilk atom elektrik stansiyası olan, Mersində tikilən Akkuyu Atom Elektrik Stansiyasının (NGS) Akkuyu AES-in tikildiyi ərazinin 100 kilometr radiusunda aktiv geoloji qırılma xətti yoxdur.
Ən son texnologiyalarla təchiz edilən elektrik stansiyası həm 9 bal gücündə zəlzələlərə, həm də sunamiyə tab gətirəcək şəkildə tikilib.









