AKADEMİK MİLLİ DRAM TEATRINDAN AÇIQLAMA – YAYILAN XƏBƏRLƏR YALANDIR

AKADEMİK MİLLİ DRAM TEATRINDAN AÇIQLAMA – YAYILAN XƏBƏRLƏR YALANDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademik Milli Dram Teatrında çalışan aktyor və aktrisaların yaşla əlaqədar teatrla yollarını ayırması bir müddətdir ki, ciddi müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, məsələ ilə bağlı Akademik Milli Dram Teatrı açıqlama yayıb. Açıqlamada deyilir:
“Əziz dostlar, hörmətli media nümayəndələri. Akademik Milli Dram Teatrında çalışan sənətkarların – Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil.

Yalandır və yenə yalandır!

Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk.

Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər.

Nəzərə almağınızı xahiş edirik”