Dekabrın 19-dan Paşinyan köhnə havasına qayıdacaq. Avropa İttifaqının Xüsusi Monitorinq Missiyası dekabrın 19-da Ermənistanı tərk edəcək. Bu olduqca yaxşı xəbərdir.
Tribuna.az-ın məlumatına görə, bu sözləri politoloq Zaur Məmmədov bildirib. Onun fikrincə, İttifaq yaxşı bilirdi ki, enerji tərəfdaşı Azərbaycan bu missiyanı xoş qarşılamamışdı:
“Beləcə, Arutunyanın Fransada Laçın dəhlizinə beynəlxalq monitorinq missiyasının göndərilməsi ilə bağlı təklifi bəlli yerə göndərilir. Missiya vaxtı Qərbi Zəngəzuru qorumağa müyəssər olduğunu düşünən Paşinyan Qarabağ mövzusunda cığallıq edirdi. Dekabrın 19-dan sonra Nikol yenidən status mövzusunda lal, kar və kor olacaq”.
Nigar
Tribuna.az









