Ağa Salamov: “Azərbaycan alimini aşağılamaq ölkəyə zərərdir”

Ağa Salamov: “Azərbaycan alimini aşağılamaq ölkəyə zərərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Bir saat elmlə məşğul olmaq 60 il ibadətə bərabərdir”. Bu insanlar elmlə məşğuldur. 1 saat kimsə elmlə məşğul ola bilir? Çox çətindir. Mən zeytunla bağlı məqalə yazanda, iki ölkəyə səyahət edib kitabxanalarda araşdırma aparmışam. Araşdırma üçün Türkiyə və Almaniyaya getmişəm”.

Bu sözləri Tribuna.az-a açıqlamasında qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov deyib.

O, sosial şəbəkələrdə və saytlarda alimlərimizin mürgülədiyi fotoların yayılmasını düzgün hesab etməyərək vurğulayıb:

“O tədbirdə elmə canını qoyan alimlərimiz də var. Düzdür, eləsi var ki, şan-şöhrət üçün oturub orada. Azərbaycan alimini manşetləyib biabır etmək düzgün deyil. Başa düşmək lazımdır ki, onlar bizim milli dəyərlərimizdir”. Alimin mürəkkəbi şəhidin qanından üstündür” kəlməsi var. Bir saat elmi araşdırma aparın, görün, beyin necə yorulur. Alim bu işdən ləzzət alır, amma alim olmayan bu işdən bezir. Bu xəbərlər təkcə Azərbaycanda oxunmur. Nəzərə almalıyıq ki, bizim mətbuatımızı xaricdən də oxuyurlar və bizə düşmən olanlar da var. Niyə alimlərimizi təhqir etsinlər?! Mən bunu aşağılamaq kimi görürəm. Mən vətəndaş mövqeyimi bildirirəm. Mən elmi araşdırma aparmışam və görmüşəm ki, bu iş insanın nə qədər vaxtını, enerjisini alır. Mən şəxsən bu işdən ləzzət alıram. Bu iş hər adamın işi deyil. Bu adamlar tək-tük adamlardır ki, ilahi o adamlara elmi, araşdırma həvəsini verib. Mən hamısını demirəm, orada şöhrət üçün əyləşənlər də ola bilər. Həqiqətən də canını elmə fəda edənlər var. Mən onların tərəfindən danışıram. Konkret olaraq ad çəkib desəydilər ki, “Filankəsov Filankəs yatırdı”, o başqa… Orada alim sözü var, Azərbaycanda möhürünü vurmuş alimlər az olmayıb. Ümumi şəkildə, alimlərin adından, hamıya şamil etmək olmaz. Paxlava haqqında mən ermənilərə qarşı mübarizə apardım. “Erməni alimlərinə tərs şillə” adlı məqaləm hər yerdə yayıldı və ermənilər pərt olmuşdu. Mən onların alimlərinə tərs şillə vurmuşdum. Mediamız bu gün alimlərin adından danışıb onların adına ləkə gətirirlər. Biz bunu düşünmədən edirik. Deyəcəklər ki, “yatanların içində tarixçi də var. Onların tarixçiləri yata-yata tarix yazır”. Aysberqin görünən və görünməyən tərəfləri var. Sabah bunu, öz sözümüzü götürüb bizə qarşı hazırlanmış “silah” olaraq istifadə edə bilərlər. Əslində, bu, bir tərəfdən də ölkənin adına zərərdir”.

Dəniz Pənahova