Adıyamanda fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə dağılan Hasoğlu İnşaat Mənzilinin sahibi və podratçısı həbs edilib.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Adıyaman Baş Prokurorluğun yaydığı məlumata görə, Kahramanmaraşda zəlzələlərdə dağılan binalarla bağlı araşdırmalar davam edir.
İstintaq çərçivəsində Adıyamanda dağılan və çox sayda adamın həyatını itirdiyi Hasoğlu İnşaat Mənzilinin sahibi və podratçısı Mahmud Nedim Evli Aydının Didim rayonunda saxlanılıb.
Şəhərə gətirilərək ədliyyəyə sövq edilən Mahmud hakim tərəfindən həbs edilib.









