ADİL QEYBULLA: PANDEMİYADAN MÜƏYYƏN SÜRPRİZLƏR GÖZLƏNİLİR

ADİL QEYBULLA: PANDEMİYADAN MÜƏYYƏN SÜRPRİZLƏR GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın yeni dalğası barədə xəbərdarlıq edib.Bu barədə təşkilatın Avropa regional direktorunun bəyanatında deyilir.
“Təəssüf ki, Avropada biz yoluxma hallarında yenidən sürətli artım müşahidə edirik ki bu da yeni bir dalğanın başlanğıcını göstərir”, – deyə qurumdan bildirilib.
Bəs, Azərbaycanda necə? Yeni dalğanın gəlməsi gözlənilirmi? Mövzu ilə bağlı TİA. Az– a danışan professor Adil Qeybulla bildirib ki, bundan sonra pandemiyanın geniş vüsət alması gözlənilmir:
“Təbii ki, pandemiya hələ sona çatmayıb. Amma sonuna yaxınlaşır. Tam bitmədiyinə görə müəyyən sürprizlər gözlənilir və proseslər davam edir. Karantin tədbirləri bu və ya digər intensivlikdə ayrı-ayrı regionlarda qalmalıdır və qalır. Sadəcə olaraq yeni dalğaların olması dünyanın vahid səhiyyə sisteminin vahid bir mexanizmdə işləməməsi, ayrı-ayrı ölkələrdə daşıyıcı, immun sistemi aşağı olan xəstələrdə virusun uzun müddət qalması və mutasiyaların olması yoluxma zəncirinin tam qırılmasına imkan vermir. Ondan başqa onkoloji xəstələr, zəif xəstələrdə də virusun hələ yaşamasına imkan var. Buna görə də vaksinasiya hələ də davam etdirilməlidir. Qalan situasiyalarda isə pandemiyanın bundan sonra geniş vüsət alması mümkün görünmür”.

TİA. Az