ADAM ŞİFF AMERİKA TÜFƏNGLƏRİNİN AZƏRBAYCANA SATIŞININ MÜZAKİRƏSİ İLƏ BAĞLI TİCARƏT NAZİRİNDƏN İZAHAT TƏLƏB ETDİ

ADAM ŞİFF AMERİKA TÜFƏNGLƏRİNİN AZƏRBAYCANA SATIŞININ MÜZAKİRƏSİ İLƏ BAĞLI TİCARƏT NAZİRİNDƏN İZAHAT TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ konqresmeni Adam Şiff Konqresdəki həmkarlarını ona qoşulmağa çağırır və iddialarına görə, Ticarət Departamentindən Azərbaycanın Dağlıq Qarabağı 125 gündən artıq blokadada saxladığını və davam etdirdiyini nəzərə alaraq, niyə Amerikanın yüksək güclü tüfənglərinin Azərbaycana satılmasını nəzərdən keçirdiyini izah etməyi tələb edib.

Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Komitəsi ABŞ Konqresinin Azərbaycana silah satışının əleyhinə olan bütün üzvləri dəstəklədiyini bildirib.

Adam Şiff öz həmkarlarını ticarət katibi Gina Raimondo-ya “Azərbaycana öldürücü silahların göndərilməsi üçün ixrac lisenziyası ilə bağlı hər hansı sorğuların statusu barədə Ticarət Departamentindən əlavə məlumat tələb edən” məktubu imzalamağa çağırıb.

Konqresmen Şiff bəyan edib ki, “Ermənistana qarşı daha öldürücü silahların ixracına razılıq yalnız münaqişəni qızışdıracaq. Şiffin iddialarına görə, Dövlət Departamentinin 2022-ci il İnsan Haqları Hesabatına istinad edib ki, bu hesabatda “yüksək cəzasızlıq şəraitində Azərbaycan həbsində olan erməni əsgərlərinə qarşı kütləvi edamlar, işgəncələr və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar da daxil olmaqla, qanunsuz qətllər barədə etibarlı hesabatlar” aşkar edilib.

Konqres üzvlərinin Katib Raimondoya məktubu imzalamaq üçün aprelin 21-nə qədər vaxtları var.

Qeyd edək ki, Amerika tüfənglərinin, o cümlədən hücum və yarı avtomatik snayper silahlarının mümkün satışı ilə bağlı şayiələr fevralın 1-də ortaya çıxdı. Həmin vaxt Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez nazir Raymondoya ünvanladığı məktubda dərin narahatlığını ifadə etmişdi.

Fevralın 13-də ABŞ-ın ticarət naziri Gina Raymondoya ünvanlanmış məktubda Amerikanın Erməni Dat Komitəsinin baş direktoru Aram Hambaryan və komitənin Rod-Aylend bölməsinin prezidenti Stiv Elmasyan da Bakıya hərbi yardımın göstərilməsindən narahat olduqlarını bildiriblər.