Açıq-saçıq fotolarını hədiyyə etməklə 700 min dollar topladı

Açıq-saçıq fotolarını hədiyyə etməklə 700 min dollar topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın məşhur aktrisası Milana Vayntrub Los-Ancelesdə baş verən yanğınlardan zərər çəkənlərə yardım məqsədilə xeyriyyə kampaniyası başladıb.

Tribuna.az xəbər verir ki, qeyri-adi formatda təşkil olunan aksiyada ianə edənlərə aktrisanın xüsusi foto materiallarına çıxış imkanı təqdim olunub.

Məhz bu yanaşma kampaniyaya böyük maraq yaradıb və qısa müddətdə geniş auditoriyanın diqqətini cəlb edib.

Məlumata görə, kampaniya çərçivəsində təxminən 700 min dollar vəsait toplanıb. Toplanan ianələrin yanğınlar nəticəsində evsiz qalan sakinlərin dəstəklənməsinə, humanitar ehtiyacların ödənilməsinə və bərpa işlərinə yönəldiləcəyi bildirilir.

Qeyd edək ki, Milana Vayntrub son illər təkcə kino və televiziya layihələri ilə deyil, həm də sosial və humanitar təşəbbüslərdə fəal iştirakı ilə tanınır. /Musavat