İran Ukrayna xalqına qarşı zorakılığa yardım etdiyinə, Yaxın Şərq regionunda sabitliyi pozan hərəkətlərinə görə cavab verməlidir.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çıxış edib. O qeyd edib ki, son dəhşətli edamlar beynəlxalq ictimaiyyətin İran hökumətini məsuliyyətə cəlb etmək əzmini gücləndirir:
“İran hökuməti həmçinin xalqına, xüsusən də dinc etirazçılara, qadınlara və qızlara qarşı hərəkətlərinə görə cavab vermək məcburiyyətindədir. Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri, tərəfdaşları etdiklərinə görə İranı cəzalandıracaq. Bu cəza hələ uzun çəkəcək”.
Nigar









