ABŞ hərbçiləri Suriyada hava hücumu zamanı “İslam Dövləti” terror qruplaşmasının liderlərindən birini məhv edib.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanat yayıb.
Bəyanatda deyilir: “CENTCOM qüvvələri Suriyada birtərəfli zərbə endirərək, İslam Dövlətinin liderlərindən biri Xalid Ayd Əhməd əl-Caburini məhv edib”.
Qeyd olunur ki, terrorçu “Avropada hücumların planlaşdırılmasına cavabdeh olub və İD-in təşkilati strukturunu hazırlayıb”. CENTCOM əlavə edib ki, hava hücumu nəticəsində mülki əhali arasında tələfat və xəsarət alan olmayıb. ABŞ ordusunun Mərkəzi Komandanlığının məlumatına görə, İD zəifləsə də, bölgədə əməliyyatları davam etdirir və Yaxın Şərqin hüdudlarından kənara da zərbə endirmək arzusundadır.
“Xalid Ayd Əhməd əl-Cəburinin ölümü təşkilatın xarici hücumları planlaşdırmaq qabiliyyətini müvəqqəti zəiflədəcək”, – CENTCOM bildirib.
CENTCOM forces conducted a unilateral strike in Syria killing an ISIS senior leader responsible for planning attacks into Europe. pic.twitter.com/hwVjqdUTee
— U.S. Central Command (@CENTCOM) April 4, 2023









