ABŞ STRATEJİ KOMANDANLIĞI NÜVƏ HAZIRLIĞI TƏLİMİNƏ BAŞLAYIR

ABŞ STRATEJİ KOMANDANLIĞI NÜVƏ HAZIRLIĞI TƏLİMİNƏ BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 11-də ABŞ nüvə qüvvələrinin döyüş hazırlığını artırmaq məqsədi daşıyan “Global Thunder 23” illik komanda-qərargah təliminə başlayacaq.

Tribuna.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Strateji Komandanlığı (STRATCOM) məlumat yayıb.

“GT23 heç bir dövlətə və ya digər quruma qarşı keçirilməyən illik nüvə komanda-qərargah təlimidir. Onlar nüvə qüvvələrinin döyüş hazırlığını gücləndirir, strateji qüvvələrin təhlükəsizliyini və etibarlılığını təmin edir”, – deyə agentliyin bəyanatında bildirilir.

Təlimlərdə ABŞ-ın bir neçə müttəfiqinin, xüsusən də Britaniya hərbçilərinin iştirak edəcəyi planlaşdırılır.

“Əvvəlki illərdə olduğu kimi, Global Thunder 23 zamanı həmişəkindən daha çox bombardmançı uçuşlar olacaq”, – STRATCOM xəbərdar edir.