ABŞ SENATORUNDAN TÜRKİYƏYƏ QARŞI SANKSİYA ÇAĞIRIŞI – “ƏRDOĞAN BLOKADAYA DAVAM EDƏRSƏ…”

ABŞ SENATORUNDAN TÜRKİYƏYƏ QARŞI SANKSİYA ÇAĞIRIŞI – “ƏRDOĞAN BLOKADAYA DAVAM EDƏRSƏ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə qarşı sanksiya çağırışı edən Merilend ştatından demokrat senator Kris Van Hollen Ankaranı “sadiq olmayan müttəfiq” adlandırıb.

Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, ABŞ Demokratik Partiyasının Merilend ştatından senator Kris Van Hollen Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Hollen iddia edib ki, prezident Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olarsa, ABŞ və Avropa İttifaqı (Aİ) Türkiyəyə sanksiya tətbiq etməyi düşünməlidir. Ankaranı “sadiq olmayan müttəfiq” olaraq xarakterizə edən Hollen, “İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləmədən Türkiyənin F-16 satışının təsdiqlənəcəyi heç bir ssenari yoxdur” deyib.

Digər tərəfdən, ABŞ və Avropa İttifaqının (AB) Ankaraya qarşı koordinasiyalı şəkildə sanksiyalar tətbiq etməli olduğunu müdafiə edən Hollen, “Ərdoğan Finlandiya və İsveçin üzvlüyünü əngəlləməyə davam edərsə, potensial olaraq fərqli sanksiyaları nəzərdən keçirməliyik” deyib.

Demokrat Partiyasından olan senator Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın şimalında mümkün quru əməliyyatı keçirəcəyi təqdirdə sanksiyaların gündəmdə olması lazım olduğunu müdafiə edib.