ABŞ SƏFƏRİNDƏN SONRA ZELENSKİ ATƏŞKƏS REJİMİNƏ GEDƏCƏK

ABŞ SƏFƏRİNDƏN SONRA ZELENSKİ ATƏŞKƏS REJİMİNƏ GEDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenskinin ABŞ-a səfəri əslində gözlənilən idi. Hesab edirəm ki, ABŞ-a Zelenskiyə müəyyən tövsiyyələr veriləcək və ondan bir müddət atəşkəs rejiminin tətbiqini tələb ediləcək. Çünki ABŞ müharibənin daha da genişlənməsi arzusunda deyil.

Bu sözləri Tribuna.az-a politoloq Turan Rzayev açıqlaması zamanı bildirib. Qeyd edib ki, Zelenskinin ABŞ səfərinin bir neçə səbəbi var:

“Rusiyanın 2023-cü il ildə Ukraynaya daha geniş miqyaslı hücuma hazırılaşması ilə bağlı məlumatlar paylaşılır. Həmçinin Türkiyədə ABŞ və Rusiyanın gizli danışıqlara getdiyi barədədə də müəyyən xəbərlər var. Bu iki səbəbdən başqa, ABŞ Ukrayna-Rusiya müharibəsinin miqyasının artma ehtimalından ehtiyat edir. Hesab edirəm ki, bu üç məsələ danışıqları və səfəri vacib edir.

Zelenski uzun müddətdir ki, ABŞ-a səfərə getmək istəyirdi. Görünür, ABŞ tərəfindən verilən razılıq sonrası onun səfəri baş tutub. Səfər çərçivəsində tərəflər arasında danışılacaq əsas məsələ məhz Ukrayna-Rusiya müharibəsinin gedişidir. ABŞ indiki məqamda Rusiyanı aqressivləşdirmək istəmir. Çünki bu müharibənin daha da genişlənməsinə gətirib çıxara bilər.
Putinin Belarisuyaya səfər etməsi və Belarusu da müharibəyə cəlb etmək istəməsi ondan xəbər verir ki, müharibənin miqyası getdikcə daha da genişlənə bilər. Belarus buna razılıq verməsə də, Putinin belə təşəbbüsünün olması qorxuludur.

ABŞ məhz bundan ehtiyat edir və müharibəyə əlavə ölkələrin cəlb edilməsi NATO-nun da müharibəyə qoşulma risklərini aktuallaşdırır ki, bu da ABŞ üçün arzuedilən hal deyil”.

Siyasi şərhçi bildirib ki, ABŞ Zelenskiyə müəyyən tövsiyyələr verəcək:

“ABŞ bir müddət atəşkəs rejiminin tətbiqini tələb edə bilər. Məncə, bu zaman Kremlin şərtləri daha çox nəzərə alınacaq və bu səfərdən sonra müəyyən müddət atəşkəs rejimi tətbiq ediləcək.
Səfərin detalları bizə növbəti il müharibənin hansı fonda cərəyan edəcəyini göstərəcək. Əgər Ukrayna ABŞ-ın təkliflərini qəbul etsə, növbəti ilə müharibə bir qədər səngiyə bilər. Əks təqdirdə, Rusiya müharibəni daha aqressiv formada davam etdirəcək”.

Nigar

Tribuna.az