ABŞ RUSİYADAKI AMERİKALILARI DƏRHAL RUSİYANI TƏRK ETMƏYƏ ÇAĞIRDI

ABŞ RUSİYADAKI AMERİKALILARI DƏRHAL RUSİYANI TƏRK ETMƏYƏ ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken müxbirin Moskvada həbsindən sonra Rusiyada yaşayan amerikalılardan “dərhal” ölkəni tərk etmələrini istəyib.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Blinken Twitter-də bildirib: “Rusiyanın ABŞ vətəndaşı bir jurnalisti saxladığını elan etməsindən dərin narahatıq. StateDept-in ən yüksək prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. Əgər siz ABŞ vətəndaşısınızsa, ölkədə yaşayan və ya səyahət edən bir ABŞ vətəndaşısınızsa, xahiş edirəm Rusiyanı dərhal tərk edin”.

Blinken açıqlamasında bu vəziyyətlə bağlı Wall Street Journal ilə əlaqə saxladığını bildirib.