ABŞ REFERENDUMA GEDİR: ADA DÖVLƏTİ AYRILIR…

ABŞ REFERENDUMA GEDİR: ADA DÖVLƏTİ AYRILIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 15-də ABŞ Nümayəndələr Palatası Puerto-Rikonun statusu haqqında qanun layihəsini təsdiq edib və 2023-cü ildə ərazinin gələcəyi ilə bağlı referendum keçirilməsinə icazə verib.

Tribuna.az Qərb mediasına istinadla xəbər verir ki, referenduma Vaşinqtondan asılı olan ada dövlətin müstəqilliyi, yaxud tamhüquqlu ştat kimi Birləşmiş Ştatlara birləşməsi və ya ABŞ-la azad assosiasiya haqqında saziş bağlanması barədə məsələ çıxarılacaq.

Qanun layihəsi təsdiqlənməsi üçün Senata göndəriləcək. Əgər yuxarı palata ilin sonunadək məsələni səsverməyə qoymasa, qanun layihəsinin qəbulu prosesi yenidən başlanacaq.

Respublikaçılar Cozef Bayden administrasiyası tərəfindən dəstəklənən təşəbbüsə qarşı çıxırlar. Onların fikrincə, bu, adanın sakinlərinə mövcud statuslarını saxlamaq imkanı vermir.

Puerto-Riko ərazisi 1898-ci ildə baş verən İspaniya-Amerika müharibəsindən sonra ABŞ-ın nəzarətinə keçib. Hazırda adanın sakinləri ABŞ vətəndaşları sayılsa da, prezident seçkilərində səs verə bilmir və Konqresdə məhdud səs hüququna malik bir nümayəndə ilə təmsil olunurlar. 2020-ci ilə olan məlumata görə, adada 3 milyon 285 min əhali yaşayır.

Nigar

Tribuna.az