Deyr əz-Zorda ABŞ qüvvələrinin yerləşdiyi Kuniko qaz yatağı və ətrafına raket zərbələri endirilib. Raket atışlarının Bukemaldan edildiyi bildirilib.
Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Deyr əz-Zorda İranın dəstəklədiyi xarici qrupların olduğu bölgələrdən ABŞ qüvvələrinin yerləşdiyi Kuniko qaz yatağına raket hücumları həyata keçirilib.
Raketlərin İranın dəstəklədiyi xarici qrupların olduğu Deyr əz-Zorun şərqindəki Bukemal şəhərindən atıldığını bildirib.
Suriyada ABŞ və koalisiya qüvvələrinə məxsus hərbi məntəqələr vaxtaşırı İranın dəstəklədiyi xarici qrupların olduğu bölgələrdən raket hücumları ilə hədəfə alınır.
Qeyd edək ki, Deyr əz-Zor İrandan Livana quru əlaqəsini təmin edən şəhərdir. İraq və İordaniyadan gələn boru kəmərləri və ticarət yolları da bu şəhərdən keçir.









