ABŞ-DAN İSRAİLLİ PİLOTLARA F-35 QADAĞASI…

ABŞ-DAN İSRAİLLİ PİLOTLARA F-35 QADAĞASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail mediası ABŞ-ın xarici vətəndaşlığı olan İsrail pilotlarına F-35 döyüş təyyarələrindən istifadəni qadağan etdiyini iddia edib.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, səbəb kimi ABŞ-ın informasiya güvənliyi təhlükəsi göstərilib.

ABŞ-ın texnologiyası ilə öyündüyü F-35 təyyarəsinin Yaxın Şərqdə yeganə sahibi hazırda İsraildir.

Bununla belə, Vaşinqtonun ikili vətəndaşlığı olan İsrail pilotlarının F-35 təyyarələrindən istifadə etməsinə icazə vermədiyi iddia edilib.

İddia İsrail mətbuatında yer alıb. Qərara görə, İsrail ordusundakı pilotlar arasında başqa ölkə vətəndaşı olan pilotlar F-35-dən istifadə edə bilməyəcək.

Qərara səbəb informasiya təhlükəsizliyi və texnoloji sızma qorxusu olub. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri İsrail pilotlarına bu qərarın ABŞ-ın maraqlarının qorunmasına və informasiya təhlükəsizliyinə önəm verilməli olduğu üçün verildiyini açıqlayıb. ABŞ və İsraildən hələlik heç bir şərh gəlməyib.

Nigar

Tribuna.az