ABŞ Çindən gələcək vətəndaşlardan məcburi Koronavirus testi götürəcək.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-a getmək istəyən çinli vətəndaşlar məcburi olaraq bu testi verməli olacaqlar.
3 illik fasilədən sonra sərhədlərini açan Çinlə bağlı İtaliya, Yaponiya, Tayvan və Hindistan da bu qərarı verib.
Avstraliya və İnngiltərə isə çinlilər üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır.
8 yanvar tarixindən etibarən sərhədlərini açacaq olan Çində xarici səfər rezervasiyaları rekord həddə çatıb. Ancaq ölkədə hələ də koronnaya yoluxma halları qeydə alındığından narahatlıq yaradır. Çində gün ərzində 5 mindən çox yoluxma qeydə alınır. Bütün bunlara baxmayaraq, Çinin “sıfır kovid” prosesinə keçməsi və sərhədləri açacağını açıqlaması əksər ölkələrdə haqlı narahatlıq yaradıb.
Məhz bu səbəbdən ABŞ da daxil olmaqda bir çox ölkə Çindən gələcək sərnişinlərdən mütləq şəkildə kovid testi götürüləcəyini açıqlayıb.
Nigar
Tribuna.az









