ABŞ-ın Nyu-Cersi ştatında məsciddə imam namaz qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb.
Tribuna.az Milliyet-ə istinadən xəbər verir ki, hücuma məruz qalan Ömər məscidinin imamı 65 yaşlı Seyid Əl-Nakib olub.
Camaatın içərisində gizlənən Şerif Zorba adlı təcavüzkar tərəfindən səcdədə olarkən bıçaqlanan imam, Saint Josep Xəstəxanasına aparılıb.
Məscidin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə təcavüzkarın səcdə halında camaatın üzərindən tullandığı, bıçağı ilə imamın kürəyinə zərbələr vurduğu və ona mane olmaq istəyənləri hədələdiyi görülüb.
Hücum edən şəxs məsciddən qaçmaq üzrəykən camaat tərəfindən tutularaq polisə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.









