ABŞ-DA İFLAS OLAN BU BANK SATILIR

ABŞ-DA İFLAS OLAN BU BANK SATILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası iflası qlobal bazarlara təsir edən Silicon Valley Bank qrupunun bütün əmanət və kreditlərinin First Citizens Bank-a keçəcəyini açıqlayıb.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, FDIC-dən verilən açıqlamada, First Citizens Bank, müqavilə çərçivəsində SVB qrupunun bütün əmanətlərini və kreditlərini almağa razılıq verib.

Müqaviləyə əsasən, First-Citizens Bank SVB-nin 56 milyard dollarlıq əmanətini və 72 milyard dollar kreditini öz üzərinə götürəcək. Sövdələşməyə SVB-nin 16,5 milyard dollar endirimlə 72 milyard dollara aktiv alışı daxildir.

Təxminən 90 milyard dollarlıq qiymətli kağızlar və digər aktivlər FDIC-nin ləğvetmə bölməsində qalacaq.