ABŞ-ın Buffalo şəhərində fasiləsiz yağan qar səbəbindən evlər buz bağlayıb, xilasedici maşınlar yollarda qalıb.
Tribuna.az xəbər verir ki, ABŞ və Kanadanı təsiri altına alan qütb soyuqları artıq 50-dən çox insanın ölümünə səbəb olub. ABŞ-da qar fırtınasından ən çox əziyyət çəkən yer Nyu Yorkun Buffalo ərazisidir. Şəhər rəhbərliyi Buffaloda fəaliyyət göstərən bütün xilasedici maşınların yollarda qaldığını bildirib. Rəhbərlik bildirib ki, ehtiyac yaranmadıqca heç kəs küçəyə çıxmasın.
Bu ərazidə bəzi evlərin tamamilə qarla örtüldüyü, buz bağladığı bildirilib.
Sonuncu dəfə Buffaloda belə qar fırtınası 1977-ci ildə yaşanıb. Mütəxəssislər şəhəri müharibədən çıxmış yerə bənzədir.
Nigar









