ABŞ AZƏRBAYCANI İRANA QARŞI QALDIRIR? – VAŞİNQTONUN İLGİNC SSENARİSİ

ABŞ AZƏRBAYCANI İRANA QARŞI QALDIRIR? – VAŞİNQTONUN İLGİNC SSENARİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə jurnalistin İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq sualına cavab verərkən bildirib ki, İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirilir: ” Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”.

Sözügedən açıqlama ilə bağlı Tribuna. Az – a danışan politoloq Elşən Manafov bildirib ki, ABŞ-ın Azərbaycana dəstək məsələsində sərgilədiyi mövqe “timsahin göz yaşları”ndan başqa bir şey deyil:
“Hazırda Ermənistanla münasibətlərimizdə olan problemlərimizin həlli erməniləri sülhə məcbur etmə diplomatiyamızın perspektivdə yarada biləcəyi münasib şəraitə hesablanmalıdır. Bundan ötrü isə hətta ABŞ-ın İranla bağlı maraqlarından da ümummilli və dövlət maraqları konteksində faydalanmaq olar, lakin timsahi hucum etmək üçün lazım ola biləcək məsafəyə buraxmamaq şərtilə. Ən əsası isə Türkiyə və Türk dövlətlərinin İttifaqina daxil olan dövlətlərlə iki tərəfli və sub regional təşkilatlar daxilində faydalı əməkdaşlığı davam etdirməli, Ermənistanin Rusiya ilə münasibətlərində perspektivdə dərinləşə biləcək çatlardan istifadə edilməlidir”.
Aytac