Abramyan: “Tezliklə Bakı beynəlxalq aləmdə Ermənistanı işğalçı dövlət kimi tanıdacaq”

Abramyan: “Tezliklə Bakı beynəlxalq aləmdə Ermənistanı işğalçı dövlət kimi tanıdacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ötən həftə Bakıda bir qrup separatçı və terrorçuya hökm oxunub.

Tribuna.az xəbər verir ki, Qarabağda Azərbaycana qarşı cinayət törətmiş bu üsnürlərin ömürlük və 20 il müddətinə azadlıqdan məhrum edilməsi Ermənistanda isterika ilə qarşılanıb.

Qeyd edək ki, erməni müxalifəti məsələni mütəmadi olaraq gündəmdə saxlamağa çalışır. Erməni disaporu isə xaricdəki bütün imkanlarını işə salaraq, onların azad edilməsi üçün Azərbaycan hakimiyyətinə təzyiq etməyə çalışır.

Erməni deputat Tiqran Abrahamyan isə başqa fikirdədir.

Tribuna.az xəbər verir ki, o, Azərbaycanın bu məsələdə planlı şəkildə hərəkət ediyini deyib. Abramyanın sözlərinə görə, Azərbaycanda Bakıda mühakimə olunan ermənilərdən istifadə edərək Ermənistana qarşı ciddi addımlar atacaq. “Azərbaycan bununla Ermənistana təcavüzkar, işğalçı və cinayətkar statusu verəcək. Və beynəlxalq aləmdə bundan səmərəli istifadə edəcək”.

Fərda Uğur