ABEL MƏHƏRRƏMOV VASİF TALIBOVA SAXTA DİPLOM VERİB  – MİSİR MƏRDANOV İFŞA ETDİ….

ABEL MƏHƏRRƏMOV VASİF TALIBOVA SAXTA DİPLOM VERİB – MİSİR MƏRDANOV İFŞA ETDİ….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq təhsil naziri Misir Mərdanov vəzifəsindən dünən azad edilmiş Vasif Talıbova Bakı Dövlət Universitetinin saxta diplomunu özünün vermədiyini bildirib. Keçmiş nazirin sözlərinə görə, Vasif Talıbov universiteti bitirəndə o artıq təhsil naziri olub.

Tribuna.az-ın məlumatına görə, sabiq nazirin bu açıqlamasından belə nəticə çıxır ki, Vasif Talıbova 38 yaşında saxta diplomu BDU-nin keçmiş rektoru Abel Məhərrəmov verib.

V.Talıbovun BDU-dakı tələbəlik illəri Misir Mərdanovun rektorluq illərinə təsadüf edir. 1994-cü ildə Universitetə qəbul olan Talıbov 1998-ci ildə məzun olub. Elə həmin ilin 25 mart tarixində də, yəni Talıbov hələ 4-cü kurs tələbəsi olan zaman Misir Mərdanov Təhsil Naziri təyin edilib.

1999-cü ildə isə BDU-ya Abel Məhərrəmov rektor təyin edilib. Buradan o nəticəyə gəlmək olur ki, V.Talıbova saxta diplomu universitetə yeni təyin edilmiş rektor Abel Məhərrəmov verib.

Nigar

Tribuna.az