Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin icazə verdiyi daha bir qanunsuz tikili sökülüb.
Tribuna.az xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.
Xatırladaq ki, bu, A.Fərzəliyevin tikintisinə icazə verdiyi və sonradan qanunsuz olduğu üçün sökülən ilk tikili deyil.
Nigar
Tribuna.az














