Bekhemin oğlu iki kişi arasındakı sevgi münasibətindən bəhs edən filmdə çəkildi-FOTO

Bekhemin oğlu iki kişi arasındakı sevgi münasibətindən bəhs edən filmdə çəkildi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin oğlu Romeo Bekhem aktyorluq karyerasına başlayıb. O, iki kişi tennisçi arasındakı romantik münasibətdən bəhs edən “Forty Love” filmində rol alıb.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin dünya premyerası noyabrın 17-də Parisdə, Le Grand Rex kinoteatrında keçirilib.

24 yaşlı Romeo filmdə fransalı aktyor Pol Kirşerin canlandırdığı tennisçi Saşa Gallonun rəqibini oynayır. Süjetə görə, tennis meydançasında başlayan rəqabət zamanla romantik münasibətə çevrilir.

Premyerada Romeonun valideynləri – Devid Bekhem və Viktoriya Bekhem, eləcə də sevgilisi Kim Turnbull iştirak ediblər.

Devid Bekhem sosial şəbəkədə oğlunun aktyorluq debütü ilə bağlı sevincini bölüşərək onunla fəxr etdiyini bildirib. Viktoriya Bekhem də oğluna dəstəyini ifadə edib.

Pierre-Ange Carlotti tərəfindən ekranlaşdırılan filmdə Pol Kirşer, Ketrin Denev, Giyom Kane və Benjamin Vuaazen də rol alıblar.

“Forty Love” filminin Fransada noyabrın 25-də kinoteatrlarda nümayişə çıxarılması planlaşdırılır.

Fərda Uğur