Yasamal rayonu, Hüseyn Cavid prospektində səkinin vəziyyəti sakinləri narahat edir.
Tribuna.az xəbər verir ki, bu barədə problemi sosial şəbəkədə ictimailəşdirən sakinlər bildirib ki, piyada səkisi çöküb. Dərin çalaların yarandığı səkidəki problemi aradan qaldırmaq üçün heç bir tədbir görülmür.
Sakinlər bildirib ki, ərazidə hərəkət həm qorxulu, həm də təhlükəli hala çevrilib. Sakinlərin sözlərinə görə, onlar bununla bağlı Yasamal Rayon İcra Hakimiyyətinə məlumat da veriblər.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









