Mbappe Ronaldo ilə uşaqlıq fotosunu yaydı

Mbappe Ronaldo ilə uşaqlıq fotosunu yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İspaniya vitse-çempionu “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 17-ci turunda “Sevilya”ya qarşı (2:0) oyunda “Kral Klubu”nda bir təqvim ilində vurulan qolların sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldonun rekordunu yeniləyib.
Tribuna.az xəbər verir ki, Mbappenin 2025-ci ildə “Real Madrid”də vurduğu qolların sayı 59-a çatıb və bununla da, o, Ronaldonun 2013-cü ildə vurduğu rekordu yeniləyib.
Bu münasibətlə Mbappe sosial şəbəkə hesablarında Ronaldo ilə çəkdirdiyi uşaqlıq fotosunu dərc edib. O, şəkilə “Xəyallarınıza inanın. Ürəkdən” başlığını əlavə edib.