ABŞ-də kuryer işləyən Tanner Horner 7 yaşlı Athena Strandı evinə kargo çatdırdıqdan sonra qaçıraraq qətlə yetirməkdə təqsirli bilinib.
Tribuba.az xəbər verir ki, o, qızın yaşadığı ünvana bağlama çatdırdıqdan sonra uşağa “çox gözəlsən” deyərək onu aldadıb və qaçırıb. Daha sonra Athena Strandı öldürülüb.
Hadisədən sonra saxlanılan Tanner Horner məhkəmə qarşısına çıxarılıb və ona ölüm cəzası verilib.
Qeyd edək ki, Athena Strandın yoxa çıxması ABŞ-da böyük rezonans doğurmuş, genişmiqyaslı axtarış əməliyyatları aparılmışdı. Bir neçə gün sonra onun meyiti tapılmışdı. Hadisə ölkədə uşaq təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Gülşən Rəsul









