İki gündür Laçın-Şuşa yolunda davam edən etiraz aksiyasında, təxminən 50 saatda əldə edilən nəticələr barədə siyasi şərhçi Əziz Əlibəyli maraqlı paylaşım edib.
Tribuna.az-ın məlumatına görə, Volkovu artıq legitim hesab etmək olmaz:
“Daha doğrusu imici zədələndi və geri çağırılacaq. Həmçinin bu iki gün ərzində ermənilərin yaşadığı Qarabağ ərazisində mağazalar boş qaldı, məktəblər bağlandı, qaz, internet, benzin, yol, işıq yoxdur. Volkovun özü yoxdur, başçıları yoxdur. Həmçinin beynəlxalq dəstək, Ermənistandan dəstək, İrandan, Rusiyadan, Fransadan, ABŞ-dan, AB-dən dəstək yoxdur. Putinin zəngi nəticəsiz qaldı. Humanitar faciə arqumenti də işləmədi.
Həmçinin bu müddət ərzində informasiya savaşında üstünlük əldə edildi, beynəlxalq aləmdən ciddi basqı olmadı. Hüquqi, ekoloji, suveren, geosiyasi üstünlük bizdədir. Yumşaq gücün təsiri testində uğur əldə edildi. Əlavə təsir mexanizmləri üçün presedent yarandı”.
Nigar
Tribuna.az









