44 GÜNLÜK QƏLƏBƏDƏN 44 GÜNDÜR DAVAM EDƏN AKSİYAYA…

44 GÜNLÜK QƏLƏBƏDƏN 44 GÜNDÜR DAVAM EDƏN AKSİYAYA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bu gün artıq qırx dörd gündür ki, davam edir. Sözügedən ərazidə havanın çox soyuq olması, temperaturun hətta mənfi dərəcəyə qədər enməsinə baxmayaraq, gənc aktivistlər bu günlər ərzində yüksək fəallıq göstəriblər, ruhdan düşməyiblər. 2022-ci il 12 dekabr tarixindən başlayan aksiya hələ də fəallığını qoruyur.

Tribuna.az xəbər verir ki, 44 günlük aksiya boyunca heç bir xoşagəlməz hadisə yaşanmayıb, insident baş verməyib. Çünki ərazidə təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunur.
Aksiya başladığı gün olduğu kimi aksiyanın 44-cü günündə də etirazçılar günə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca isə vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Həmçinin Azərbaycan, rus və ingilis dillərində şüarlar yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə QHT üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Tribuna.az