Qarabağdan köçmüş 40 min erməni Ermənistan vətəndaşlığı alıb.
Tribuna.az xəbər verir ki, bunu Ermənistan DİN başçısının müavini Armen Kazaryan açıqlayıb.
O deyib ki, onlardan 12 mindən çoxu yetkinlik yaşına çatmayandır.
Bu əsnada, həmin şəxslərə mənzillərin verilməsinə də Kazaryan münasibət bildirib. O deyib ki, Ermənistan hökuməti bununla bağlı plan hazırlayıb və həyata keçirir. “Qarabağdan köçmüş soydaşlarımız evlə təmin olunacaqlar”.
Fərda Uğur









