300 ƏDƏD İPHONE 13 ALDI, ÇIXIŞDA DÖYÜLDÜ

300 ƏDƏD İPHONE 13 ALDI, ÇIXIŞDA DÖYÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 300-dən çox iPhone 13 alan şəxs hücuma məruz qalıb. Naməlum quldurlar alınan mobil telefonların yarısını oğurlayıblar.

Tribuna.az milliyet.com.tr saytına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs ABŞ-ın Nyu-York şəhərindəki məşhur Apple mağazasına gedib.

Saat 01:45 radələrində mağazadan çıxan zərərçəkmiş 3 çantada 300 ədəd iPhone ilə küçəyə çıxıb və maşınına tərəf getməyə başlayıb. Bu vaxt kişiyə yaxınlaşan iki nəfər çantaları tələb edib.

Soyğunçulara telefonları vermək istəməyən şəxs onlara mqavimət göstərib. Nəticədə oğrular həmən şəxsin çantalarından birini götürərək sürətlə qaçıblar.

Polis çantada dəyəri 95 min dollar olan 125 iPhone 13 olduğunu açıqlayıb. Bildirilib ki, üzünə yumruq zərbələri endirilən zərərçəkən yüngül bədən xəsarətləri də alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nyu York Polis Departamenti oğurluqla bağlı araşdırmalara başlayıb.