30 İLDƏ İLK DƏFƏ: LAÇIN DƏHLİZİ YARIM AYDIR ƏLİMİZDƏDİR – DİRƏNİŞİN FOTOSU…

30 İLDƏ İLK DƏFƏ: LAÇIN DƏHLİZİ YARIM AYDIR ƏLİMİZDƏDİR – DİRƏNİŞİN FOTOSU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının Laçın yolunda dirənişinin 16-cı günüdür. Tribuna.az bildirir ki, yarım aydır azərbaycanlı fəallar keçirdikləri etiraz aksiyası ilə dəhlizə qismən nəzarəti təmin ediblər. Faktiki olaraq separatçıların əl-qolu bağlanıb, Xankəndidən çıxa, Xankəndiyə dönə bilmirlər. Yol yalnız humanitar məqsədlər üçün açıqdır. Amma qanunsuz səfərlər, daşımalar, təxribatçı addımlar baş vermir.
Ona görə fəalların aksiyadakı tələbi ilə mədənlərin monitorinqi olsa da, eyni zamanda siyasi hərəkata çevrilən bu nümayiş Laçın dəhlizinə nəzarət mexanizmini təmin edib. Ordumuz bir güllə atmadan, insident olmadan, dinc insanların sivil aksiyası, şaxtalı hava şəraitində gecə-gündüz mitinqi Laçın koridorunda nəzarətimizi reallaşdırıb.
Qeyd edək ki, Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən[ Qarabağın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.

Tribuna.az