Amerikalı məşhurlar Kylie Jenner, Kendall Jenner və Hailey Bieber Los-Ancelesdə eyni idman zalında məşq edərkən görüntüləniblər.
Tribuna.az xəbər verir ki, üçlük şəxsi məşqçiləri Mack ilə birlikdə kamera qarşısına keçərək poz verib.
Kylie və Kendall Jenner bacıları uzun müddətdir fitnesə və sağlam həyat tərzinə maraqları ilə diqqət çəkirlər.
Jasten Bieberin həyat yoldaşı olan Hailey Bieber də mütəmadi olaraq məşqləri və idman həyat tərzi ilə bağlı paylaşımlar edir.
Üç məşhurun eyni məkanda bir araya gəlməsi sosial mediada da maraq doğurub.
Gülşən Rəsul









