2023 BELƏ BAŞLADI: TƏTİL GÜNLƏRİNDƏ PARTLAYIŞLAR, QƏZALAR…

2023 BELƏ BAŞLADI: TƏTİL GÜNLƏRİNDƏ PARTLAYIŞLAR, QƏZALAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023 ölkədə faciəli xəbərlərlə başladı. Tribuna.az məlumat verir ki, tətil günlərində üç əsas hadisə hamını sarsıtdı. Onlardan biri avtoqəzada 5 nəfərin həyatını itirməsi, ikincisi Cavadxan küçəsində qaz sızması nəticəsində partlayışda bir nəfərin həyatını itirməsi, digər olayın isə Bakı-Qazax yolunda yanacaqdoldurma maşınının qəza etməsi, nəticədə yanğın baş verməsi və bir nəfərin ölməsi oldu.

Xatırladaq ki, Bakı-Qazax yolunun 55-ci km baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir. Qəzada Opel markalı 99-BH-926 d.q.n-lı, Mercedes markalı 99-ZD-593 d.q.n-lı və Kamaz markalı 42-CB-514 d.q.n-lı avtomobillər toqquşmuşdur. Qəza nəticəsində Mercedes 99-ZD-593 d.q.n-lı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirmişdir. Faktla bağlı araşdırma aparılır.

Həmçinin Nəsimi rayonu, Zərifə Əliyeva göz klinikası ilə üzbəüz çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində güclü partlayış baş verib.
Hadisə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb. Hadisə zamanı yoldan keçən ortayaşlı bir kişi isə partlayış nəticəsində xəsarət alıb.

Belə ki, partlayış güclü olduğuna görə, evdəki əşyalar 18-ci mərtəbədən yerə tökülüb. Bu zaman partlayış zamanı yerə düşən soyuducu yoldan keçən bir şəxsin qarın hissəsinə girib. Ona ilkin tibbi yardım göstərilib.

Nəhayət, Bakıda bayramın səhəri ağır qəza zamanı 5 nəfər ölüb. Qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.

Tribuna.az