O “Terminal” filminin ilham mənbəyi olub.
İranlı qaçqın Mehran Karimi Nasseri 1988-2006-cı illərdə Parisdə yaşadığı Roissy-Charles- de- Gaulle hava limanında dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, anasını axtarmaq üçün İngiltərə, Almaniya, Hollandiya və Belçikadan keçdikdən sonra Fransaya gedib və orada yaşamağa başlayıb.
O, 1999-cu ildə Fransada qaçqın statusu alıb. 2006-cı ildə xəstəxanaya köçürülən Nasseri sığınma evi, daha sonra isə bir oteldə yaşayıb.
Onun bir neçə həftə əvvəl yenidən hava limanına getdiyi qeyd edilib.
Sir Alfred ləqəbli iranlı qaçqın, rejissor Steven Spielberqin “Terminal” filmini çəkməsi üçün ilham mənbəyi olub









