Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb.
Tribuna.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, monitorinq zamanı infrastrukturla bağlı ciddi problemlər aşkarlanıb:
“Bəzi bağçaların əsaslı təmirə ehtiyacı var. Bir çox bölgələrdə bağça ehtiyacları da var. Bu ehtiyacları müəyyənləşdirib müvafiq işlər aparmağı düşünürük”.









