17 nəfəri xəndəyə atıb üstünü tankla hamarladılar – FOTO

17 nəfəri xəndəyə atıb üstünü tankla hamarladılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xarkov vilayətində daha bir kütləvi məzarlıq tapılıb.
TİA.AZ Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Telegram-kanalında bildirilir.
Qeyd olunur ki, Xarkov vilayətinin Borovski rayonundakı kütləvi məzarlıqda azı 17 mülki şəxs və hərbçinin cəsədi tapılıb.
“İlkin məlumatlara görə, məzarda azı 17 nəfər mülki şəxs və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları dəfn edilib. Müstəntiqlər orada işləməyə başladırları ilk iş günü üç hərbçinin meyitini orad götürüblər”, – deyə polisin məlumatında bildirilir.
Qeyd olunur ki, ruslar kütləvi məzarlığın üzərini tanklarla hamarlayıblar. Dəfndən sonra onlar ərazidə kütləvi məzarlıq olduğuna dair heç bir işarə qoymayıblar.