125 saat sonra gözlərini açan kimi övladlarını soruşdu – Video

125 saat sonra gözlərini açan kimi övladlarını soruşdu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin zəlzələdən zərər görən bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.

Tribuna.az “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda Sadık Tunç adlı orta yaşlı bir şəxs dağıntılar altından 125 saat sonra xilas edilib.

Onun 7 mərtəbəli binanın dağıntıları altından sağ çıxarıldığı bildirilir. Xilasedicilərin sözlərinə görə, S.Tunç xilas edildikdən dərhal sonra övladlarının taleyi barədə maraqlanıb. Övladlarının yaxşı olduğunu öyrənən atanın çaşqınlıqla ətrafa baxdığını görmək mümkün olub.