“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan tezliklə məşqçiliyə qayıdacağını açıqlayıb.
Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, fransalı mütəxəssis deyib ki, yaxın vaxtlarda karyerasını bərpa edəcək: “Futbol üçün darıxmıram, çünki gözləməyə çox vaxtımız yoxdur. Gözləyək, bir az da gözləyək. Tezliklə qayıdacağam”.
Xatırladaq ki, Zidan 2021-ci ilin iyunundan ikinci dəfə “Real”dan ayrıldıqdan sonra indiyə kimi işləmir.









