“Zəngəzur su” mədə-bağırsaq problemi yaradır – İddia

“Zəngəzur su” mədə-bağırsaq problemi yaradır – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur su” şirkətinin sularından istifadə edən ailədə zəhərlənmə halları baş verib.

Tribuna.az xəbər verir ki, belə iddia ilə sözügedən şirkətdən illərdir su alan müştəri Lalə Abdullayeva çıxış edib. O bildirib ki, sudan içəndən sonra mədə-bağırsaq problemi yaşayıblar:

“”Zəngəzur su” şirkətindən şikayətim var. 3 ildən çoxdur bu şirkətdən su alırıq və heç bir problem olmayıb. 4 gün öncə su sifariş etmişik, su zəhər kimidi, mədə-bağırsaq problemi yaşanır, zəhərlənmə halları baş verir. Şirkətə məlumat verdik. Dedilər onun əvəzinə başqa su gətiriləcək. Artıq 2-ci gündür su yoxdur. Yenidən əlaqə saxladıq. Dedilər gedin başqa şirkətdən alın, bizim sularda turşuluq çoxdur.

Zəhərli köhnə suları camaata satıb camaatı xəstə salırlar. Buna nə ad vermək olar?”.

Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün şirkətin əlaqə nömrələrinə zəng etsək də, cəhdlərimiz alınmadı, zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul