Kahramanmaraş zəlzələsi barədə əvvəlcədən proqnoz verən “Zəlzələ kahini” ləqəbli Frank Huqerbets Türkiyə ilə bağlı yeni təhlükə barədə paylaşım edib.
Bakupost.az xəbər verir ki, Huqerbets bu dəfə Orta Anadolu bölgəsində daha güclü bir zəlzələ olacağını bildirib.
Onun fikrincə, bu fəlakət martın ilk həftəsində baş verəcək. Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşacağını söyləyən Huqerbets, bunun böyük zəlzələlərə səbəb olacağını deyib:
“Martın ilk həftəsi çox kritikdir. Ayın 2-də 9 saat ərzində Yeri əhatə edən planetar birləşmə olacaq. Sphbət Yer, Merkuri və Saturndan gedir. Martın ilk həftəsi bir neçə zəlzələ ola bilər. Maqnitudası 6-dan xeyli yuxarı seysmik hadisə ehtimalı var. Hətta zəlzələlərin sayı 7-8-ə çata bilər”.
Qeyd edək ki, fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Daha sonra Frank Huqerbetsin bu zəlzələdən 3 gün əvvəl proqnoz verdiyi ortaya çıxıb.










